Xəbər lenti

Nalbandyandan Türkiyəyə qarşı gülünc ittiham
Dünya10:51 10.04.2013

Nalbandyandan Türkiyəyə qarşı gülünc ittiham

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan xarici işlər naziri səlahiyyətlərinin icraçısı Edvard Nalbandyan Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin həllinə əngəl törətməkdə günahlandırıb. 

APA-nın verdiyi məlumata görə, E. Nalbandyan slovakiyalı həmkarı Miroslav Layçakla birlikdə keçirdiyi brifinqdə bu mövzuda fikirlərini açıqlayıb. Onun fikrincə, elə təsəvvür yaranır ki, Türkiyə qəsdən Ermənistanla münasibətlərin normallaşdırılması məsələsini Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqələndirir və bununla da beynəlxalq ictimaiyyətin və Ermənistanın problemin dinc yolla həllinə dair səylərinə mane olur: “Ermənistan-Türkiyə əlaqələrinin normallaşdırılmasını Dağlıq Qarabağ münaqişəsi il əlaqələndirmək prosesə zərbə vura bilər”.

 Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ dövlət katibi Con Kerri ilə son görüşündə Ermənistanla münasibətlərin normallaşdırılmasının Dağlıq Qarabağ probleminin həllində irəliləyişdən asılı olduğunu bir daha bəyan edib.

Qaynar.info