Milimizin üzvü Namik Ələskərovun da formasını geyindiyi "Bursaspor"un yeni baş məşqçisinin adı açıqlanıb.
Qaynarinfo xəbər verir ki, komandanın sükanı arxasına Tamer Tuna gətirilib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.
Bir müddət öncə baş məşqçi Özcan Bizatini istefaya göndərən Bursa təmsilçisi hazırda 18 xalla 17-ci pillədə qərarlaşıb.
Səbuhi Həsənov