Xəbər lenti

Namizəd olmayacaq deputat hansı şirkətlərdən təklif alıb? - Planlarını açıqladı
Siyasət 12:20 20.07.2024

Namizəd olmayacaq deputat hansı şirkətlərdən təklif alıb? - Planlarını açıqladı

"Neçə il idi ki, şirkətlərə məsləhət vermək istəyirdim. İki böyük şirkətin təklifi var. Məsləhətçi kimi fikirlərimə ehtiyac duyurlar. Bu fəaliyyətlə məşğul olacam". 

Bunu Qaynarinfo-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

III, IV, V və VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olan Rüfət Quliyev bu seçkidə namizəd kimi iştirak etməyəcək:

"Deputatlıqdan əvvəl sahibkar idim, 39 ildir Azərbaycan Texniki Universitetində dərs deyirəm. Hazırda üç ali məktəbdən təklif gəlib. İki universitetin təkliflərinə baxıram. İqtisad elmlər doktoru, professor kimi uzun müddət müəllimlik fəaliyyəti ilə məşğul olmuşam və bu yola davam edəcəm. İstəyirəm elmlə məşğul olum. Bundan əlavə, həm də CBC kanalında iki verilişin - "Sahibkar saatı" və "Dünya iqtisadiyyatı və Azərbaycan"ın müəllifiyəm. Planlarım çoxdur, bunların hamısını həyata keçirməliyəm".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->