Xəbər lenti

Narkoman yas çadırından oturacaq oğurladı, həbs edildi
Ölkə 20:28 02.11.2023

Narkoman yas çadırından oturacaq oğurladı, həbs edildi

Bakıda narkotik aludəçisi yas çadırının oturacaqlarını oğurladığı üçün həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Yasamal rayon ərazində baş verib. 

Belə ki, 24 yanvar 1989-cu il təvəllüdlü Bakı şəhər sakini Nicat (şərti) yas mərasimləri üçün qurulan çadırdan 7 ədəd oturacaq oğurlayaraq satıb.
 
Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Nicat özünü təqsirli bilərək izahatında göstərib ki, o narkotik vasitədən istifadə edir və hazırda işləmir. Maddi imkanı olmadığı üçün dərman almaq məqsədilə oğurluq edib. 

Məhkəmənin qərarı ilə Nicat İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 1 ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.

Əhməd
--> -->