Xəbər lenti

NASA alimlərini heyrətləndirən kəşf: Yupiterdən 13 dəfə böyük və ən soyuq ekzoplanet
Dünya 22:43 27.09.2025

NASA alimlərini heyrətləndirən kəşf: Yupiterdən 13 dəfə böyük və ən soyuq ekzoplanet

NASA alimləri kosmosda Yupiterdən 13 dəfə böyük ekzoplanet aşkarlayıblar. Bu obyekt o qədər soyuqdur ki, orada həyatın mövcudluğu mümkünsüz görünür. Onun səth temperaturu -87 dərəcə Selsi təşkil edir.

Qaynarinfo "Ecoportal"a istinadən xəbər verir ki, planet "Transit Exoplanet Survey Satellite" (TESS) vasitəsilə kəşf edilib və qeyri-adi xüsusiyyətləri ilə alimləri təəccübləndirib. O, ölməkdə olan ulduzun ətrafındakı "qadağan zona"da yerləşir. Bu zonada adətən heç bir planet sağ qalmır.

Obyektə WD 1856+534 adı verilib. Onun yaşı təxminən 5,8 milyard ildir və Yerə ən yaxın ulduz qruplarından birində – Əjdaha bürcündə, 82 işıq ili uzaqlıqda yerləşir.

Alimlər Ceyms Uebb Kosmik Teleskopu vasitəsilə təsdiqləyiblər ki, WD 1856+534b əslində planetdir. Onu digər obyektlərin işığını çıxararaq müşahidə etmək mümkün olub. Tədqiqat göstərib ki, planetin kütləsi Yupiterdən təxminən 13,8 dəfə böyükdür.

Əslində Günəşə bənzər ulduzlar yanacaq tükəndikdə qırmızı nəhəngə çevrilir, yaxınındakı hər şeyi məhv edir, daha sonra isə ağ cırtdana kollaps edirlər. Belə hallarda iki astronomik vahid daxilindəki hər şey məhv olur. Lakin bu planet həmin zonada qalaraq alimləri heyrətləndirib.

Alimlər hesab edirlər ki, WD 1856+534b əvvəlcə daha uzaqda formalaşıb, lakin sonradan başqa bir planet və ya qonşu ulduzun təsiri ilə hazırkı orbitinə sürüklənib.

Mütəxəssislərin fikrincə, bu ekzoplanet birbaşa müşahidə edilən ən soyuq planetdir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->