Xəbər lenti

NASA-nın Artemis kapsulasını ilk dəfə bir qadın Aya aparacaq
Dünya19:18 06.08.2019

NASA-nın Artemis kapsulasını ilk dəfə bir qadın Aya aparacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İlk dəfə bir qadını Aya aparacaq NASA-nın Artemis kapsulasının istehsalı tamamlandı.
Qaynarinfo Milli.az-a istinadən xəbər verir ki, NASA-nın Floridadakı Florida Kosmos Mərkəzində çıxış edən ABŞ-ın vitse-prezidenti Mayk Pens, Artemis layihəsinin bir parçası olaraq ABŞ kosmonavtlarını Aya aparacaq kapsulanın tam hazırlandığını açıqladı.
NASA-nın bir kosmonavtı müvəffəqiyyətli bir şəkildə Aya göndərməsinin üzərindən tam 50 il keçdi və agentlik bu müvəffəqiyyətini yenidən təkrarlamaq istəyir. Ancaq bu dəfə, kosmonavtlardan ən azı biri qadın olacaq. NASA bu məlumatı təsdiqlədi.
Artemis 1 kapsulası bir Orion kosmos vasitəsi ilə birlikdə yeni nəsil kosmosa uçuş sistemi SLS raketində kosmosa çıxacaq. Layihə 2024-cü ildə başlayacaq və Aya kosmonavtlar göndəriləcək. Sonra Ay bir dayanacaq nöqtəsi olaraq istifadə edilib, oradan da Marsa gediləcək