"Perseverance” marsoxodu Yezero krateri yaxınlığında Qırmızı Planetin səthinə enməyə hazırlaşır.
Qaynarinfo xəbər verri ki, bu barədə rəsmi NASA saytında məlumat verilib.
Orada NASA-nın Mars 2020 missiyasının həlledici mərhələyə qədəm qoyduğu qeyd edilib. Eniş 18 fevrala planlaşdırılır.
Uçma və enmə Kosmik gəmi saatda təxminən 20.000 kilometr sürətlə gedərək Mars atmosferinin üst qatlarına çatdıqda buraxılış və enmə başlayacaq və Marsın səthinə endikdən təxminən yeddi dəqiqə sonra başa çatacaq.
Xatırladaq ki, marsoxod 30 iyul 2020-ci ildə Floridada Kanaveral burnundakı SLC-41 buraxılış kompleksindən Atlas V raketinin göyərtəsinə buraxılıb. O, keçmişdə və indiki dövrdə Marsın yaşayışa yararlılığını qiymətləndirməli, Mars atmosferinin oksigen istehsal etmə imkanını yoxlamalıdır.
Alpər