Xəbər lenti

NATO baş katibindən Ukrayna xalqına MÜRACİƏT
Dünya05:25 02.12.2013

NATO baş katibindən Ukrayna xalqına MÜRACİƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
   

NATO baş katibi Anders foq Rasmussen Ukrayna xalqına yazılı müraciət edib.

Rasmussen müraciətində bildirib ki, Ukrayna xalqı, ölkələrinin Avropa Birliyi ilə münasibətlərini bərpa etmək üçün təşkil etdiyi dəstək xarakterli aksiyaları bu gecə də davam etdirib.

O, bütün tərəfləri, nəyin bahasına olursa olsun, şiddətdən uzaq durmağa çağırıb: "Şiddət və güc, demokratik cəmiyyətdə siyasi problemləri həll etmək yolu deyil. Hər kəsi konstitusion və demokratik normalara uyğun hərəkət etməyə dəvət edirəm".

Rasmussen, NATO-nun bütün Ukrayna xalqının demokratik idealarına hörmət etdiyini qeyd edib.

"Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) rəhbərlik edən Ukraynanı söz və azad toplanma haqlarına hörmət etməyə və götürdüyü beynəlxalq öhdəliklərə sadiq qalmağa çağırıram" - deyə vurğulayıb. //ANS PRESS