Xəbər lenti

NATO Müdafiə Kolleci nümayəndələri Azərbaycanda səfərdədilər
Dünya17:06 22.06.2016

NATO Müdafiə Kolleci nümayəndələri Azərbaycanda səfərdədilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Romada yerləşən NATO Müdafiə Kollecinin 31 dövləti təmsil edən, 114 nəfərdən ibarət "Ali kurs" dinləyicilərindən ibarət nümayəndə heyətinin iyun 22-dən Azərbaycana akademik səfəri başlayıb. 
Mudafiə Nazirliyindən Qaynarinfo.az-a verilən məlumata görə, bu, "Ali kurs" dinləyicilərinin ölkəmizə təşkil edilən sayca üçüncü səfəridir.
NATO Müdafiə Kollecinin əsas məqsədi hərbi-siyasi məsələlər üzrə strateji düşüncə tərzini təkmilləşdirmək, o cümlədən yüksək rütbəli zabit və vəzifəli şəxsləri NATO-nun mühüm vəzifələrində xidmətə hazırlamaqdır. Kurs iştirakçıları Azərbaycana səfər etməzdən əvvəl Makedoniya, Danimarka, Norveç, Latviya və Ukraynada səfərdə olublar.
Səfər çərçivəsində NATO Müdafiə Kollecinin nümayəndə heyətinə ADA Universitetində müdafiə və təhlükəsizlik problrmlərini əhatə edən müxtəlif məsələlər üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və ADA Universitetində təqdimatların verilməsi nəzərdə tutulub.
Səfər iyunun 24-dək davam edəcək.
Qaynarinfo.az