Xəbər lenti

Nauseda Gürcüstanı Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulmağa çağırdı
Dünya05:49 28.09.2023

Nauseda Gürcüstanı Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulmağa çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanın geosiyasi kursunun Avropa İttifaqının xarici siyasət prioritetləri və Aİ-nin işğalçı Rusiyaya qarşı sanksiya siyasətinə ardıcıl dəstəyi ilə sinxronlaşdırılması da vacibdir 
Qaynarinfo Alkas-a istinadən xəbər verir ki, bunu Litva prezidenti Qitanas Nauseda deyib. 
O, Litvaya səfər edən Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşüb. Ölkə liderləri Avropaya inteqrasiya perspektivlərini, Avropa Komissiyasının islahatlarının və tövsiyələrinin həyata keçirilməsinin gedişini, regionda təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
Litva Prezidenti bildirib ki, Gürcüstanın Aİ-yə namizəd ölkə statusu alması üçün islahatların aparılmasında və Aİ-nin tövsiyələrinin yerinə yetirilməsində, xüsusən cəmiyyətin siyasi depolarizasiyası, məhkəmə-hüquq islahatları, oliqarxlasızlaşdırma və media azadlığı kimi məsələlərdə irəliləyiş nümayiş etdirmək lazımdır.
Litva rəhbərinin sözlərinə görə, Gürcüstanın geosiyasi kursunun Avropa İttifaqının xarici siyasət prioritetləri və Aİ-nin işğalçı Rusiyaya qarşı sanksiya siyasətinə ardıcıl dəstəyi ilə sinxronlaşdırılması da vacibdir.
Nizami Bağırov