Xəbər lenti

Navalnıdan Putinə etiraz: "Bu, strateji səhvdir"
Dünya12:05 12.03.2014

Navalnıdan Putinə etiraz: "Bu, strateji səhvdir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın tanınmış müxalif siyasətçisi Aleksey Navalnı Krımın Rusiyanın tərkibinə daxil olmasının əleyhinədir. 

Musavat.com-un Rusiya mediasına istinadən verdiyi məlumata görə, Navalnı Rusiyanın 1994-cü ildə imzaladığı və nüvə silahından imtina qarşılığında Ukraynanın ərazi bütövlüyünə zəmanət verdiyi Budapeşt memorandumunu, həmçinin 2005-ci ildə Putinin SSRİ-nin çöküşündən sonra sərhədlərin yenidən dəyişdirilməsinin əleyhinə olduğu haqda bəyanatını xatırladıb. 

Müxalifətçinin fikrincə, Krımı özünə birləşdirəndən sonra Rusiyanın iqtisadiyyatı zəifləyəcək, bu isə federasiyanın bir sıra subyektlərində ölkə tərkibindən çıxmaq arzusu yarada bilər. “Bundan əlavə, birləşmə NATO-nun genişlənməsinə, Rusiya sərhədlərində yeni RMS-lərinin peyda olmasına gətirəcək. Bu, böyük strateji səhvdir” – deyə Navalnı vurğulayıb. 

Çıxış yolu kimi, o, Krımın geniş muxtariyyət vermək və rus dilinə məhdudiyyətləri götürməklə Ukraynanın tərkibində qalmasını, Ukraynanın NATO-ya qoşulmamasını təklif edib.

Qaynar.info