Aleksey Navalnının həyat yoldaşı Yulia Navalnaya ərinin yanına buraxılmır, çünki "xəstə ziyarətinə izn verməyib".
Qaynarinfo xəbər verir ki, bu barədə müxalifətçinin mətbuat katibi Kira Yarmış öz Twitter səhifəsində yazıb.
Yulia Navalnaya xəstəxanaya gəlsə də, ərini görə bilməyib. Əvvəlcə imtina ziyarətə razılığının olmaması ilə bağlı olub. Pasportunu təqdim etdikdən sonra, xəstəxanadan bunun ziyarət üçün kifayət qədər əsas olmadığı bildirilib. "Evlilik şəhadətnaməsi olmadan onu arvad hesab etmək olmazmış", - Yarmış deyib.
Navalnının həyat yoldaşına baş həkimi görməyə də icazə verilməyib. Səbəb: "görüşü olduğu üçün".
Yarmış həmçinin siyasətçinin həkimi Anastasiya Vasilyevanın Navalnının yerləşdiyi Omsk klinikasına gəldiyini, ancaq təhlükəsizlik xidməti tərəfindən xəstəni görməyə icazə verilmədiyini yazıb.
Xatırladaq ki, Navalnı təcili eniş etdikdən sonra təyyarədən xəstəxanaya yerləşdirilib. Tərəfdarları onun zəhərləndiyini, həkimlər hələ diaqnoz qoyulmadığını bildirib. Navalnı özü isə komaya düşüb və süni nəfəs aparatına qoşulub.
Alpər