Xəbər lenti

Navalnının üstündə tapılan maddənin adı məlum oldu - Omsk baş həkimi
Dünya13:55 21.08.2020

Navalnının üstündə tapılan maddənin adı məlum oldu - Omsk baş həkimi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Omsk Təcili Yardım Xəstəxanasının (BSMP-1) baş həkimi Aleksandr Muraxovski reanimasiyada olan Aleksey Navalnının paltarları və əllərində tapılan maddənin adını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, baş həkimin sözlərinə görə, həmin maddə "2-etilheksil difenil fosfat" plastikləşdiricisidir. Muraxovski deyib ki, bu kimyəvi maddədən, məsələn, plastik stəkanlarda istifadə olunur.
Xatırladaq ki, Omsk həkimlərinin dediyinə görə, Navalnıda qan şəkərinin kəskin azalmasına səbəb olan metabolik pozğunluq var. Onu müalicə edən şəxsi həkimi Anastasiya Vasilyeva diaqnozdan şübhələndiyini deyib. Navalnının həyat yoldaşı onun Almaniyaya aparılması üçün Putindən icazə tələb edir.
Alpər