Xəbər lenti

Nazim İbrahimov “AzərRos”la əməkdaşlığı rəsmən dayandırdı
Dünya10:03 26.09.2013

Nazim İbrahimov “AzərRos”la əməkdaşlığı rəsmən dayandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti - “AzərRos”u diaspor təşkilatları siyahısından çıxarıb.

Qurumun Təbliğat və informasiya şöbəsi tərəfindən “AzərRos”un adı Rusiya Federasiyasındakı Azərbaycan diaspor təşkilatlarının siyahısından çıxarılıb.

Faktla bağlı DİDK-nın mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “AzərRos”un Komitə ilə əməkdaşlıq etmək istəyi müşahidə olunmadığından adı siyahıdan çıxarılıb: “Onlar bizimlə əməkdaşlıq etmədikləri üçün qeydə aldığımız təşkilatların siyahısından çıxarmışıq”.

Qaynar.info