İsrail səhiyyə naziri Yakob Litzman ölkədə mübahisələrə səbəb olan Şənbə günü qadağasına əməl etmədiyi üçün istefa verib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Litzman Yəhudi şəriətinə görə müqəddəs gün sayılan Şənbə gününə (Şabat günü) hörmətsizlikdə ittiham edilirdi. Baş nazir Benyamin Netanyahu ilə danışıqlardan sonra Litzman İsrail parlamentində keçiriləcək iclasda istefasını təqdim edəcəyini açıqlayıb. Netanyahunun rəhbəri olduğu radikal sağ qolu təmsil edən Likud Partiyası Litzmanın istefasından məmnun olduqlarını bildiriblər.
Yakob Litzman Dövlət Dəmiryolu işçilərinin şənbə günü işləməsinə qərar vermiş və bu addım böyük narazılığa səbəb olmuşdu.
Qeyd edək ki, "Şabat böhranı"nın Netanyahunun liderliyindəki hökümətin sonunu gətirəcəyi barədə iddialar irəli sürülür.
Gülşən