Xəbər lenti

Nazir polkovniki vəzifəsindən azad etdi
Ölkə18:04 05.12.2019

Nazir polkovniki vəzifəsindən azad etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.  
Qaynarinfo-nun məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.  
Əmrə görə, DİN-in Mətbuat xidmətinin rəis müavini, "Mübariz Keşikdə” qəzetinin redaktoru, polis polkovniki Cavid Xaspoladov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.  
Qeyd edək ki, C.Xaspoladov xidmətləri fəaliyyəti dövründə DİN-in bir çox mükafatlarına layiq görülüb, "İgidliyə görə” medalı ilə təltif olunub.