Nepalın turizm naziri Rabindra Adhixarinin olduğu vertolyot qəzaya uğrayıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nepal Daxili İşlər Nazirliyi məlumat yayıb. İlkin ehtimallara görə qəza pis hava şəraiti səbəbindən baş verib. Hadisə zamanı vertolyotda 6 nəfərin olub.
Qəza baş verən ərazidə axtarış-xilasetmə işləri aparılır.