Xəbər lenti

Nazirlərin sevgi qalmaqalı ölkəni qarşıdırdı
Dünya06:17 17.04.2015

Nazirlərin sevgi qalmaqalı ölkəni qarşıdırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mərakeşdə iki nazir arasında sevgi qalmaqalı yaranıb. Anspress-in məlumatına görə, ərəb mətbuatı evli olan Parlamentlə əlaqələr naziri Lahbib Çoubaninin Ali təhsil və elmi araşdırmalar naziri Soumia Benkhaldounu istəməyə getməsi barədə məlumat yayıb. Dörd uşaq anası olan qadın nazir ötən ay həyat yoldaşından boşanıb. 
Ölkə mətbuatının gündəmi olan sevgi münasibəti bir il öncə başlayıb. Nazirlərin sevgi hekayəsi "Bu eşq Amerika serialları" və "Mühteşem yüzyıl"ı belə geridə qoydu" başlığı ilə maneştlərə çıxıb. 
İddiaya görə, 52 yaşlı Lahbib Çoubani sevgilisi ilə münasibətini rəsmiləşdirmək üçün anası və ilk həyat yoldaşı ilə elçilik edib. 53 yaşlı qadın nazir isə 30 il ailəli olub və nəvələri də var. 
Bəzi qəzetlər isə Çoubaninin şorgöz olduğunu və həmkarını boşanmaya məcbur etdiyini deyiblər. Benkhouldoun isə bu iddiaları rədd edib və aylar öncə boşanma qərarı verdiyini deyib. 
Mərakeş hökuməti tarixində bir ilk olan nazirlərin sevgisi uzun müddət müzakirə mövzusu olacaq. 
Qaynar.info