Xəbər lenti

Neft bazarını
Dünya 16:11 14.10.2025

Neft bazarını "sunami" gözləyir: Hasilat kəskin artacaq

2025-ci ildə neft hasilatı gözlənildiyindən daha sürətlə artacaq. OPEC+ üzvləri və digər ölkələr (ABŞ, Kanada, Braziliya və Qayana) xammal istehsalını artırdığı üçün 2026-cı ildə profisit arta bilər.

Qaynarinfo xəbər verir ki, "Reuters" bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) son hesabatına istinadən yazıb.

İEA-nın məlumatına görə, 2025-ci ilin sentyabrında ötən ilin eyni ayı ilə müqayisədə neft hasilatı gündəlik 5,6 milyon barel artıb. Bundan başqa, OPEC+ tərəfindən gündəlik əlavə 3,1 milyon barel təmin edilib.

Hesabatda qeyd edildiyi kimi, bu il neft tədarükü sutkada 3 milyon barel artacaq ki, bu da əvvəllər proqnozlaşdırılandan 300 min barel çoxdur. Gələn il İEA ekspertləri bazara gündəlik əlavə 2,4 milyon barel neftin çıxacağını gözləyirlər.

Agentliyin ekspertləri hesab edirlər ki, neft təklifi ona olan tələbdən daha sürətlə artır. IEA son hesabatında qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu 2025-ci il üçün gündəlik 710 000 barrelə endirib ki, bu da əvvəlki proqnozdan gündə 30 000 barel azdır. Mütəxəssislər 2026-cı ildə neftə tələbatın aşağı səviyyədə qalacağını və "qara qızıl"ın tədarükü ona olan tələbatı sutkada 4 milyon barel üstəcəyini gözləyirlər.

"Daha sərt makroiqlim və nəqliyyatın elektrikləşdirilməsi neft istehlakının artımının kəskin yavaşlamasına səbəb olur", deyə hesabatda qeyd olunur.

Daha böyük həcmdə əlavə neft gözləntiləri fonunda "qara qızıl”ın dünya qiymətləri əvvəlki sessiyada bahalaşdıqdan sonra oktyabrın 14-də ucuzlaşıb. "Investing" portalının məlumatına görə, Bakı vaxtı ilə saat 14:01-ə olan məlumata görə, Brent markalı neftin maya dəyəri 1,1 dollar azalaraq 62,21 dollar/barelə bərabər olub. Amerikanın WTI markalı xam nefti 1,09 dollar ucuzlaşaraq 58,40 dollar/barelə düşüb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->