"Rusiya yeni və daha sərt sanksiyalar astanasındadır”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bildirib ki, bu gün Avropa
İttifaqı Rusiyaya qarşı 6-cı sanksiyalar paketinin müzakirə edəcək. Onun sözlərinə görə, gündəlikdə olan əsas məsələlərdən biri
də Rusiya neftinin idxalına qadağanın tətbiq edilməsi ilə bağlıdır:
"Bu məsələdə ümumi razılıq olmasa da, bunun qitə üçün neqativ iqtisadi nəticələrə səbəb ola biləcəyinə baxmayaraq, Brüssel tədricən Rusiyanın
enerji asılılığını tam aradan qaldırmaqda israrlı görsənir. Bir sıra Mərkəzi
və Şərqi Avropa ölkələri, xüsusən də Macarıstan, Qərbdən isə Almaniya Rusiya
ilə enerji əməkdaşlığını davam etdirməkdə maraqlı dövlətlərdir. Aydindır ki,
neft idxalının 25 faizini təşkil edən Rusiyadan asıllığı qısa zamanda tam
aradan qaldırmaq Avropa İttifaqı üçün hətta texniki baxımdan da asan addım
deyil. Bununla yanaşı, Avropanın siyası paytaxtında məsələlərə yalnız texniki
və iqtisadi baxımdan deyil, həmçinin daha çox təhlükəsizlik aspektindən
yanaşırlar”.
Deputat bildirib ki, neft embarqosu reallaşarsa, bu Rusiyanın valyuta
gəlirlərinin kəskin azalmasına səbəb olacaq:
"Belə ki, xam neft və neft məhsulları Rusiya ixracatının 37 faizini
təşkil edir və bu məhsulların da 70 faizi ABŞ və Avropa bazarlarına ixrac
olunurdu. Ötən il Avropaya neft
ixracatından Rusiyanın illik qazancı 104 milyard dollar olub”.
Vüqar Bayramov hesab edir ki, Avropa Rusiya neftindən imtina edəcəyi
halda rubla təzyiqlər yenidən arta bilər:
"Hazırda daha çox daxili qaydalara hesabına milli valyutanın məzənnəsini
stabilləşdirən Rusiya Mərkəzi Bankı Qərbin sanksiyaları enerji sektorunu əhatə
edəcəyi halda daha məhdud strateji alətlərə malik olacaq. Digər tərəfdən, əsas
valyuta ehtiyatları dondurulmuş Rusiya üçün xüsusən yay aylarında dollara artan
tələbi tam qarşılamaq heç də asan olmayacaq. Avropada Rusiya neftinin ən böyük
alıcısı Almaniyadır. Berlin neft üçün Moskvaya ildə 23.6 milyard dollar
ödəyirdi. Rusiya neftinə görə hər il Polşa 14.7 milyard, Niderland isə 11.4
milyard dollarından keçirdi. Finlandiya, Belçika və Böyük Britaniya isə
ayrı-ayrılıqdam ildə Rusiyaya neft idxalına görə 7 milyard dollara yaxın
valyuta ödəyirdi. Deməli, embarqo qərarı Rusiya üçün ən azı 100 milyard
dollaradan artıq ziyana başa gələcək. Mövcud qiymətlər ilə bu daha böyük
rəqəmlə ifadə olunur. Aydındır ki, infrastruktur və eləcə də sanksiyaların
sərtliyi baxımdan nəinki qısa və hətta orta müddətdə də Rusiyanın alternativ bazarlar
tapması real deyil”.
Deputatın fikirincə, qarşılıqlı sanksiyalar qısa müddətli dövrdə Avropa
üçün mənfi iqtisadi təsirlərə malik olsa da, Rusiya üçün strateji çətinliklər
yaradacağı gözləniləndir:
"Moskva isə hələlik sanskiyalar ilə "yaşamağa” alışmağa çalışır. Bu isə
heç də asan hədəf deyil”.
Bahar Rüstəmli
Şərhlər