Xəbər lenti

"Neftçi" 8 nəfərlə "Qarabağ"a qalib gəlib liderliyə yüksəldi
İdman16:38 13.02.2021

"Neftçi" 8 nəfərlə "Qarabağ"a qalib gəlib liderliyə yüksəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.
Qaynarinfo xəbər verir ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Neftçi" ilə qarşılaşıb. Matç qonaqların 2:1 hesablı qələbısi ilə başa çatıb.
Görüş "ağ-qaralar" üçün yaxşı başlamayıb. 22-ci dəqiqədə sağ cinah müdafiəçisi Ömər Buludov rəqib komandanın kapitanı Maksim Medvedevə qarşı kobud oynayaraq meydandan qovulub. Amma flaqman azlıqda qalmasına baxmayaraq, 6 dəqiqə sonra Namik Ələskərovun qolu ilə hesabı açıb. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıya fəal başlayan "Qarabağ" 58-ci dəqiqədə tarazlığı bərpa edib. Cərimə meydançasındakı qarışıqlıqdan istifadə edən Mahir Emreli fərqlənib.
72-ci dəqiqədə "Qarabağ"ın cərimə meydançasında "köhlən atlar"ın müdafiəçii Kevin Medina ilə qonaq komandanın yarımmüdafiəçisi Mamadu Kane arasında dava düşüb. Rəqibini vuran Medina birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Ardınca isə Kane ikinci sarı vərəqəni görərək, komandasını azlıqda qoyub. 75-ci dəqiqədə təyin olunmuş penaltini dəqiq yerinə yetirən Namik Ələskərov komandasına vacib qələbə qazandırıb. Matçın əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə "ağ-qaralar" meydan 8 nəfərlə qalıb. Voislav Stankoviç ikinci sarı vərəqəni görərək meydanı tərk edib.
Bu nəticədən sonra xallarını 30-a çatdıran "Neftçi" liderliyə yüksəlib. "Qarabağ" isə 29 xalla 2-ci sırada qalıb.
Qeyd edək ki, günün ilk oyununda "Sumqayıt" evdə "Səbail"ə 3:0 hesabı ilə qalib gəlib. Tura sabah keçiriləcək "Qəbələ" - "Keşlə" və "Zirə" - "Sabah" matçları ilə yekun vurulacaq.

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Neftçi

15

9

3

3

20:16

30

2

Qarabağ

15

8

5

2

38:13

29

3

Zirə

14

6

5

3

18:14

23

4

Sumqayıt

15

6

4

5

20:20

22

5

Qəbələ

14

3

6

5

13:22

15

6

Səbail

15

3

4

8

15:26

13

7

Keşlə

14

3

4

7

13:21

13

8

Sabah

14

4

1

9

14:19

13

Bombardirlər

Mahir Emreli (Qarabağ) - 11. Namiq Ələsgərov (Neftçi) - 10. Filip Ozobiç (Qarabağ), Əli Qurbani (Sumqayıt) - 7. Kvabena Ovusu (Qarabağ) - 6. Ağabala Ramazanov (Zirə), Davit Volkov (Zirə) - 5. Rauf Əliyev (Səbail), Donald Gerye (Qarabağ) - 4.