Xəbər lenti

İdman 11:35 17.08.2023

"Neftçi" və "Sabah" Konfrans Liqasında növbəti matçına çıxacaq

Bu gün UEFA Konfrans Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Qaynarinfo-nun məlumatına görə, təmsilçilərimiz "Neftçi” və "Sabah” növbəti matçlarına çıxacaqlar. Hər iki komanda səfərdə oynayacaq. "Neftçi” Türkiyədə "Beşiktaş”ın qonağı olacaq. Bakıda bu komandaların qarşılaşması 3:1 hesabı ilə "Beşiktaş"ın xeyrinə nəticələnib. 

"Sabah” isə Bakıda məğlub etdiyi Serbiya "Partizan”ı ilə Belqradda qarşılaşacaq.

UEFA Konfrans Liqası, üçüncü təsnifat mərhələsi, cavab oyunları

22:00. "Beşiktaş” (Türkiyə) - "Neftçi” (Azərbaycan) (İlk oyun - 3:1)

Baş hakim: Yulian Veynberger (Avstriya)
"Beşiktaş” stadionu, İstanbul

23:00. "Parizan” (Serbiya) - "Sabah” (Azərbaycan) (İlk oyun, 0:2)
Baş hakim: Bartoş Frankovski (Polşa)
"Partizan” stadionu, Belqrad
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->