Xəbər lenti

“Nemezis” memorialının qoyulması rəsmi Ermənistanın siyasətini ifadə etmir - Simonyan
Dünya 18:18 05.05.2023

“Nemezis” memorialının qoyulması rəsmi Ermənistanın siyasətini ifadə etmir - Simonyan

"Nemezis” əməliyyatının "qəhrəmanlarına” xatirə abidəsinin ucaldılması Ermənistanın və onun rəhbərliyinin rəsmi siyasətini ifadə etmir. 

Qaynarinfo xəbər verir ki, bu barədə parlamentin spikeri Alen Simonyan Ankarada keçirdiyi brifinqdə bildirib.

Ermənistan Milli Assambleyasının sədri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlament başçılarının Türkiyədə keçirilən sammitində iştirak edir.
Rəsmi tədbirlərdən sonra mətbuatla görüşdə Simonyan türkiyəli həmkarı ilə abidənin mövzusunu müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, memorialın yaradılması yerli hakimiyyət səviyyəsində qərarlaşdırılıb və Simonyan bunun Ermənistan dövlətinin xarici siyasətinin ifadəsi və ya qeyri-dost addım kimi qəbul edilməsini istəmir.

"Ermənistan Respublikasında xarici siyasəti Baş nazir və Xarici İşlər Nazirliyi müəyyən edir. Siz hamınız bu səviyyədə səslənən qərarların və ya izahatların şahidisiniz. Başa düşməliyik ki, əgər arzulayırıqsa, münasibətlərin pisləşməsinə hər zaman səbəb və ya bəhanə tapa bilərik. Bəlkə mən Türkiyəyə gəlməmək üçün minlərlə səbəb tapa bilərdim. Amma burada mən Türkiyə ictimaiyyətinə Ermənistanın sülhə hazır olduğunu təqdim etmək istəyirəm”, - ER parlamentinin sədri bildirib.

Simonyan Türkiyənin xarici işlər nazirinin bəzi açıqlamaları ilə tanış olduğunu bildirib. Erməni siyasətçi əmindir ki, siyasi iradə olarsa, normallaşmaya nail olmaq olar, baxmayaraq ki, bu yol asan olmayacaq.

Aprelin 29-da Ankara Flyone Armenia şirkətinə Türkiyə hava məkanı vasitəsilə Avropaya uçuşlar həyata keçirmək üçün əvvəllər verilmiş icazəni ləğv edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bunu İrəvanda "Nemezis” əməliyyatının "qəhrəmanlarına” abidənin açılışı ilə izah edib ki, onun məqsədi Osmanlı İmperiyasında (uydurma) "erməni soyqırımını” təşkil edən Gənc türklərin liderlərini məhv etmək olub. Ankara abidənin açılışını "təxribat” adlandırıb. Abidənin yaradılması təşəbbüsü "Nemezis” qrupunun üzvlərinin övladlarına məxsus olub.
 
Alpər
--> -->