Xəbər lenti

Nensi Pelosi Trampın çıxış mətnini hamının gözü qarşısında cırdı (VİDEO)
Dünya08:03 05.02.2020

Nensi Pelosi Trampın çıxış mətnini hamının gözü qarşısında cırdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi (Demokrat, Kaliforniya) ABŞ Prezidenti Donald Trampın Konqresdəki çıxış mətnini nümayişkəranə şəkildə cırıb.
Qaynarinfo xəbər verir ki, Amerika lideri nitqinin bir nüsxəsini danışmağa başlamazdan bir qədər əvvəl spikerə verib. Sonra Pelosi prezidentə əl uzadıb, amma Tramp onun əlini sıxmadan aralanaraq kürsüdə yerini alıb. 
Prezidentin çıxışı bitən kimi, arxasında olan Pelosi kağızları masadan götürərək parçalayıb.
"Etməli olduqlarım qarşısında bu, hələ azdır”, - spiker jurnalistlərə deyib.