Xəbər lenti

Nepalda sərnişin təyyarəsi itkin düşdü
Dünya 13:38 29.05.2022

Nepalda sərnişin təyyarəsi itkin düşdü

Xüsusi sərnişin təyyarəsi dünyanın yeddinci hündür dağı olan Daulaqiri ətrafında itkin düşüb.

Qaynarinfo bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, itkin düşən təyyarənin bortunda iyirmi iki sərnişin olub. Sərnişinlər arasında dörd Hindistan, o cümlədən bir neçə xarici vətəndaş var.

Nepal mərkəzindəki Pokara turist şəhərindən uçan bu təyyarənin Katmandunın 200 kilometr şimal-qərbində Comsom istiqamətində uçuş dayanıb və son dəfə Comsom səmasında görünüb. Sonradan isə  təyyarə radarların müşahidəsindən itib.

Qeyd edək ki, Nepal pis havadan qaynaqlanan yerli hava qəzalarına görə rekorda sahibdir.

M.Arif

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->