Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
Qaynarinfo xəbər verri ki, liderlər Qələbənin 75 illiyi münasibətilə bir-birini təbrik ediblər. Mayın 9-da Rusiyada olduğu kimi, İsraildə də rəsmi şəkildə qeyd olunur.
"Rusiya Prezidenti bu ölkədə yaşayan Böyük Vətən Müharibəsi veteranlarına cansağlığı arzularını çatdırıb", - Kremlin saytı yazır.
Söhbət əsnasında tərəflər İkinci Dünya Müharibəsi hadisələri ilə bağlı həqiqətlərin qorunmasının fundamental əhəmiyyətini, həmçinin "nəticələrini yenidən nəzərdən keçirmək və tarixi saxtalaşdırmaq cəhdlərinə qarşı" olduğunu vurğulayıblar.
"Bununla əlaqədar olaraq, Benjamin Netanyahu Sovet ordusunun Avropanın azad edilməsində və nasizm məğlubiyyətindəki həlledici töhfəsini vurğulayıb".
Bundan əlavə, koronavirus pandemiyası ilə mübarizə məsələsini müzakirə edilib. Putin və Netanyahu iki ölkədə görülən tədbirlər barədə bir-birlərini məlumatlandırıblar.
Görüşdə Suriyadakı vəziyyətin müxtəlif aspektlərinə də toxunulub.
Alpər