Xəbər lenti

Netanyahu sabah Trampla görüş üçün Vaşinqtona səfər edəcək
Dünya 11:17 03.02.2025

Netanyahu sabah Trampla görüş üçün Vaşinqtona səfər edəcək

İsrailin baş naziri Benyamin Netanyahu fevralın 4-də ABŞ prezidenti Donald Tramp ilə Ağ Evdə görüş keçirəcək. O, ABŞ-ın yeni administrasiyası ilə əməkdaşlığın Yaxın Şərqin simasını dəyişə biləcəyinə ümid etdiyini bildirib.  

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times of Israel" yazır.  

Netanyahu ABŞ paytaxtında keçiriləcək görüşlərinin İsrail və region qarşısında duran mühüm və həyati məsələlərə həsr olunacağını bildirib. Bu məsələlərə HƏMAS üzərində qələbə, bütün israilli girovların azad edilməsi və İranın İsrail, Yaxın Şərq və bütün dünya üçün təhlükə yaradan terror oxuna qarşı mübarizə daxildir.  

Təyyarəyə minməzdən əvvəl çıxışı zamanı Netanyahu "Trampın inauqurasiyasından sonra Ağ Evdə onunla görüşən ilk xarici lider olacağını" qeyd edib. Onun sözlərinə görə, bu, "İsrail-ABŞ ittifaqının möhkəmliyinin sübutu" olmaqla yanaşı, həm də "şəxsi dostluğun möhkəmliyinin göstəricisidir".  

"Müharibədə qəbul etdiyimiz qərarlar artıq Yaxın Şərqin simasını dəyişib... Qərarlarımız və əsgərlərimizin cəsarəti xəritəni yenidən cızdı. Lakin inanıram ki, prezident Tramp ilə sıx əməkdaşlıq edərək onu daha da dəyişə, həm də daha yaxşı istiqamətdə dəyişə bilərik. Düşünürəm ki, biz təhlükəsizliyi gücləndirə, sülh dairəsini genişləndirə və güc vasitəsilə möhtəşəm bir sülh dövrünə nail ola bilərik", - baş nazir deyib.  

Ağ Evin mətbuat katibi Kerolayn Levitt İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Donald Trampın fevralın 4-də Vaşinqtonda görüşəcəyini təsdiqləyib.  

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->