Xəbər lenti

Nəvə istəyən yaşlı cütlük oğlunu məhkəməyə verdi
Dünya13:40 12.05.2022

Nəvə istəyən yaşlı cütlük oğlunu məhkəməyə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistanda yaşlı bir cütlük oğlundan ya onları nəvə sahibi etməyi, ya da 650 min dollar ödəməyi tələb edən məhkəmə işi qaldırıb. 
Sanjev və Sadhana Prasad bildirib ki, onlar yığdıqları pulu oğullarının böyüməsinə və təhsilinə xərcləyib. Həmçinin ona dəbdəbəli toy ediblər.
İndi isə onlar xərclədiyi pulu çıxarmaq istəyirlər.
"Oğlum 6 ildir evlidir, ancaq onlar hələ də uşaq sahibi olmaq istəmirlər. Heç olmasa vaxt keçirməyə nəvəmiz olsaydı, dərdimiz bir az yüngülləşərdi”, - Horidvar şəhər məhkəməsinə müraciət edən cütlük deyib.
Çütlük oğlundan 5 ulduzlu oteldə toy, 80 min dollarlıq avtomobil hədiyyəsi və xaricdə bal ayı keçirilməsinə çəkdikləri xərclər daxil 650 min kompensasiya istəyir. 
Ailə oğlunun Amerikada pilot olmaq üçün qatıldığı təlimə 65 min dollar xərclədiyini bildirir.
"Biz həmçinin evimizi tikmək üçün kredit götürmüşük, indisə maliyyə problemləri ilə üz-üzəyik. Tənha yaşadığımız üçün psixoloji durumumuz da yaxşı deyil”,- ailə deyir.
Hindistanda nənə-babalar, əmilər, xalalar, qardaşların birgə yaşadığı ənənəvi ailə sistemi var. Son dövrlər isə trend dəyişir. Gənc ailələr hamının birgə yaşadığı evlərdən uzaqlaşır və uşaq sahibi olmaq əvəzinə karyeraya fokuslanır. 
Nurlan Hüseynov