İdman 13:08 30.11.2022

Neymar Kamerunla oyunda meydana çıxacaqmı? - Həkim açıqladı

Ötən həftə Serbiya ilə oyunda topuğundan zədələnən Neymar Braziliya - Kamerun matçında da meydana çıxa bilməyəcək.
 
Qaynarinfo xəbər verir ki, "Sambaçılar" qrup mərhələsinin sonuncu matçında da Neymarsız oynamalı olacaq. Ancaq Kamerunla matçda Braziliya millisinin itkisi təkcə 30 yaşlı futbolçu deyil. 
 
Komandanın həkimi Rodriqo Lasmarın açıqlamasına görə PSJ-nin ulduzu ilə yanaşı, Danilo da meydana çıxa bilməyəcək. Topuğundan zədələnən Danilo da "Lusail" stadionunda keçiriləcək matça qədər sağalmayacaq Komandanın digər üzvü Aleks Sandro isə omba nahiyəsindəki zədədən əziyyət çəkir. Ancaq həkimin dediyinə görə müalicəsi davam edən Sandro Kamerunla oyuna qədər hazır ola bilər.

İsveçrə üzərində qazandıqları qələbədən sonra Braziliya dünya çempionatları tarixində 1998-ci ildən bəri qrup mərhələsində məğlub olmayan ilk komanda ünvanına sahib çıxdı.
 
Səbuhi Həsənov