Xəbər lenti

Niderland əcnəbi tələbələri milli təhlükəsizlik riskləri üçün yoxlamağa başlayacaq
Dünya05:55 13.06.2023

Niderland əcnəbi tələbələri milli təhlükəsizlik riskləri üçün yoxlamağa başlayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Niderlandın təhsil naziri Robert Diykgraaf yerli universitetlərdə təhsil almağa gələn əcnəbi tələbələrin ölkənin milli təhlükəsizliyinə təhlükə yaradıb-yaratmadığını yoxlamaq üçün onların ilkin yoxlanılması ehtiyacını öyrəndiyini bildirib. 
Bu barədə Qaynarinfo Financial Times-a istinadən xəbər verir.
Qeyd edildiyi kimi, nazirin bu qərarı Niderland mətbuatında Çin təqaüd şurasının qrant sisteminin fəaliyyəti ilə bağlı dərc olunan məqalələrlə birbaşa bağlıdır. "Trouw” qəzetinin qeyd etdiyi kimi, belə qrant alanlar Çin Kommunist Partiyasına sadiqliklərini təsdiq etməli, mütəmadi olaraq Çin səfirliyinə hesabat verməli və təhsillərini başa vurduqdan sonra iki il ərzində vətənə qayıtmalıdırlar. Bunu nəzərə alaraq, bir neçə yerli universitet, məhz Pekindəki rejimlə bağlı olduqları üçün Çindən olan bəzi tələbələrlə əməkdaşlığı dayandırmaq qərarına gəlib.
"Ümumiyyətlə, xarici dövlətlər üçün yüksək səviyyəli bilik və texnologiyalar əldə etməyə yönəlmiş qrant proqramının Niderland universitetlərində təhsil almaq üçün məqsədyönlü istifadəsi son dərəcə arzuolunmazdır”, - deyə Diykgraaf FT-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, ilin sonuna qədər əldə etdiyi nəticələri parlamentə təqdim edəcək və artıq bəzi mühüm sahələrdə tələbələrin yoxlanılması ilə bağlı müvafiq qanun layihəsi hazırlayır. "Hazırda risk zonaları - xüsusilə həssas texnologiyalar müəyyən edilir. Yoxlamalar mümkün risklərə yönəldiləcək”, - nazir qeyd edib ki, tədbirlər yalnız Aİ üzvü olmayan dövlətlərdən olan tələbələrə aid olacaq.
Niderland öz universitetlərinin Çinlə əlaqələrini azaltmaq üçün tədbirlər görən ilk ölkə deyil. Bundan əvvəl Britaniya səlahiyyətliləri universitetləri çinli tələbələri və Çin qrantlarını qəbul edərkən daha ehtiyatlı olmağa çağırıb və Civitas təşkilatı hətta yüzlərlə britaniyalı alimin məxfi məlumatları istəmədən Çin ordusuna ötürə biləcəyin ehtimalını da irəli sürüb. Və hər şey Harvard Universitetinin ən yüksək rütbəli və məşhur professor və alimlərindən biri – Çarlz Liberin məxfi məlumatların Çinə ötürülməsi ilə bağlı səs-küylü qalmaqalla başlayıb.
Nizami Bağırov