Nidarland Müdafiə Nazirliyi ABŞ istehsalı hava hücumundan müdafiə sistemləri, sursat və müxtəlif hərbi avadanlıqların alınması üçün böyük həcmli yeni büdcənin təsdiqləndiyini açıqlayıb. Nazirliyin məlumatına görə, bu vəsait çərçivəsində Ukraynaya silah və avadanlıqların tədarükünü əhatə edən "Ukraynanın Üstün Tələb Siyahısı (PURL)” proqramına 250 milyon avroluq yardım ediləcək.
Qaynarinfo xəbər verir ki, açıqlamada qeyd olunub ki, Niderland ordusunun bu gündən etibarən 6 ay müddətində NATO-nun şərq cinahının və Ukraynaya dəstək axınının təmin olunduğu Polşadakı logistika mərkəzinin mühafizəsində iştirak edəcəyi bildirilib. Bu məqsədlə regiona 2 Patriot hava hücumundan müdafiə sistemi, NASAMS tipli raketlər, dron əleyhinə sistemlər və 300 holland hərbçisi göndəriləcək.
"Ukraynanın daha çox hərbi yardıma ehtiyacı var”
Niderland müdafiə naziri Ruben Brekelmans ölkənin yeni yardım paketinin əhəmiyyətini vurğulayaraq Ukraynanın Rusiyanın davam edən hava hücumlarına qarşı özünü müdafiə edə bilməsi üçün təcili şəkildə əlavə hərbi dəstəyə ehtiyac duyduğunu bildirib.
Nazir son günlər Rusiyanın intensiv hava hücumlarını xatırladaraq bunların "çox üzücü bir dip nöqtə” olduğunu deyib və əlavə edib:
"Barış danışıqları, Ukraynanı tam və geniş miqyasda dəstəkləməkdən diqqətimizi yayındırmamalıdır.”
Brekelmans diplomatik və iqtisadi vasitələrlə yanaşı, hərbi təchizat yolu ilə də Rusiyaya təzyiqin davam etdirilməsinin vacibliyini qeyd edib:
"Bu, Ukraynanın danışıqlar masasındakı mövqeyini gücləndirir. Yeni töhfəmiz dəstəyimizin tam sürətlə davam etdiyini göstərir. Bütün Avropa müttəfiqlərinin yardım etməyə davam etməsi çox önəmlidir, çünki bu, hamımızın təhlükəsizliyi ilə bağlıdır.”
Günay
Şərhlər