Xəbər lenti

Dünya 15:50 30.03.2024

Niderlandda 3 girov azad edilib: Əməliyyat davam edir

Niderland polisi Ede şəhərindəki kafedə naməlum şəxs tərəfindən saxlanılan 3 girovun azad edildiyini açıqlayıb. Polis əməliyyatın davam etdiyini bildirib. Girovların dəqiq sayı məlum deyil. 

Qaynarinfo "De Telegraaf”a istinadən xəbər verir ki, insidentə danışıqlar aparan şəxs cəlb edilib.

Hadisə baş verən ərazidə 150-yə yaxın ev təxliyə edilib. Polis qeyd edib ki, hadisənin terror xarakterini göstərən heç bir əlamət yoxdur. Cinayətkarın motivləri hələ də onlara məlum deyil. 

"De Telegraaf” yazır ki, girov götürənin əlində silah və partlayıcı ola bilər. Polis sözçüsü "NL Times"a bildirib ki, cinayətkarın silahlı olduğunu təsdiqləyə bilməz.

"Nos” yazır ki, girovlar Ede şəhərinin mərkəzindəki Muzey meydanında yerləşən "Petticoat” kafesində götürülüb. Nəşr qeyd edir ki, kafe yerli vaxtla səhər saat 4-ə qədər DJ-lə parti təşkil edib. Kafe binanın birinci mərtəbəsini və zirzəmisini tutur.

Niderland KİV-lərinin məlumatına görə, polisə girov götürülmə ilə bağlı məlumat yerli vaxtla saat 6:05 radələrində daxil olub. "Nos”un məlumatına görə, o zaman kafedə ən azı dörd nəfər - iki kişi və iki qadın olub. Kafe sahibi "De Telegraaf”a işçilərinin girov götürüldüyünü təsdiqləyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->