
ABŞ-ın Ohaya ştatınıda Nil Armstronqun aya səyahət etdiyi kosmik gəminin nadir qızıl kopyası Armstronq Aviasiya və Kosmos Muzeyindən oğurlanıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Vapakoneta bölgəsində yerləşən muzeydən oğurluq hadisəsinin cümə günü gecə baş verdiyi, təxminən 13 sm hündürlükdə olan miniatür kosmik gəminin oğurlandığı məlum olub.
Qeyd edək ki, kiçik kosmik gəmi Fransanın "Cartier" şirkəti tərəfindən hazırlanmış, Nil Armstronq və digər iki astronovt Maykl Kollins və Baz Oldrinə təqdim edilmişdi.
Gülşən
Qaynarinfo.Az