Xəbər lenti

Nobel mükafatçıları dünyanın sonunu belə görür
Dünya13:04 01.09.2017

Nobel mükafatçıları dünyanın sonunu belə görür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu günə qədər Nobel mükafatına sahib çıxan şəxslər arasında maraqlı sorğu keçirilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, "Times Higher Education" tərəfindən aparılan sorğuda kimya, fizika, psixologiya, tibb, iqtisadiyyat sahəsində mükafat qazanan 50 şəxs dünyanı necə gördüklərini açıqlayıblar. İştirakçıların 34%-i dünyanın sonuna insan sayının çoxalması və təbiətə verilən zərərin səbəb olacağını deyib. 2-ci sırada isə nüvə müharibəsinin olacağını deyənlər qərarlaşıb. Suallara cavab verən şəxslərin bir qismi isə süni intellekt, keçici xəstəliklər, virusların da dünyanın sonunu gətirə biləcəyini iddia edib.. İştirakçılardan bəziləri terrorizm, hətta ABŞ prezidenti Donald Trampın dünya üçün ciddi təhlükə olduğunu açıqlayıb.

NASA-da çalışan Con Mazer "İqlim dəyişikliyinə diqqət etməliyik" deyib, iki nəfər isə buna cavab olaraq "Donald Tramp demişkən, elmin buna təklif edə biləcəyi həll yolu yoxdur" fikrini səsləndirib.

Gülşən

Qaynarinfo.Az