Nobel mükafatı laureatı, yazıçı Svetlana Aleksiyeviç respublikanın İstintaq Komitəsinə müxalifətin koordinasiya şurasının yaradılması ilə bağlı ifadə verməyə gedib.
Qaynarinfo xəbər verir ki, ziyarətdən əvvəl Aleksiyeviç özünü günahkar hiss etmədiyini bildirib. O, həmçinin Belarus müxalifətinin Rusiyanın dəstəyinə ehtiyac duyduğunu düşündüyünü deyib:
"Hər halda, bəlkə də Putini və dünyanı danışığa cəlb etmək lazımdır ki, Lukaşenko danışmağa başlasın".
Aleksiyeviç İK-ya ifadə verməyə getdiyi vaxt onu dəstəkləmək üçün onlarla etirazçı gəlib. Onlar yazıçını dəstəkləyən şüarlar yazılmış plakatlar qaldırıblar. Aleksiyeviç özü müxalifətin Koordinasiya Şurası Rəyasət Heyətinin üzvüdür, lakin sağlamlığına görə iclaslarda iştirak etmir.
Xatırladaq ki, Aleksiyeviç 2015-ci ildə Nobel mükafatına layiq görülüb. Hazırda Svetlana Tixanovskaya istisna olmaqla, Belarus müxalifətinin ən məşhur nümayəndəsidir, lakin siyasi fəaliyyətlərdə aktiv iştirak etmir.
Alpər