Xəbər lenti

Novosibirskdə 9 azərbaycanlıya hökm oxundu
Dünya06:50 03.06.2015

Novosibirskdə 9 azərbaycanlıya hökm oxundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Novosibirsk vilayət məhkəməsi mütəşəkkil qrup şəklində cinayət törədən 9 azərbaycanlıya hökm oxuyub. APA-nın “novospress.ru” saytına istinadən verdiyi məlumata görə, regional prokurorluğun bu barədə yaydığı xəbərdə bildirilir ki, 2010-2011-ci illərdə xarici vətəndaşlar Novosibirsk vilayətində yaşayan həmyerlilərini şantaj etməklə məşğul olublar. 
Bundan başqa, azərbaycanlılar pul almaq məqsədilə biznesmenləri girov götürmək və 5 nəfəri öldürmək cəhdində təqsirli bilinirlər. Soyğunçuluq fəaliyyətləri zamanı müxtəlif vaxtlarda yoldan təsadüfən keçən şəxslərin və hücum təşkil etdikləri “Kuri-qril” köşkünün satıcısının yaralanmasına da səbəb olublar.
Xatırladaq ki, kəllə -beyin travması alan müttəhimlərdən biri cinayət cəzasından məhrum olaraq məcburi müalicəyə göndərilib. 
Qaynar.info