Xəbər lenti

Novruz Məmmədov iki teatrla bağlı qərar verdi
Sənət06:10 01.05.2019

Novruz Məmmədov iki teatrla bağlı qərar verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nazirlər Kabineti Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik” statusu verilməsi haqqında qərarı təsdiq edib.
Qaynarinfo xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
"Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik” statusu verilsin. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etsin", - deyə sənəddə bildirilir.