ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson, Senat və Ağ Ev tərəfindən müzakirə edilən və Ukraynaya yardımın açılmasını nəzərdə tutan heç bir sərhəd təhlükəsizliyi razılaşmasını qəbul etməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" respublikaçı konqresmenə
istinadən məlumat yayıb.
"Fox News" mənbəsinin bildirdiyinə görə, Conson yanvarın 14-də keçirilən telefon konfransı zamanı müvafiq bəyanat verib. Həmin zaman spiker əmin edib ki, Palata respublikaçıların təklif etdiyi H.R.2 kimi tanınan Sərhəd təhlükəsizliyi qanunundan başqa heç nəyi dəstəkləməyəcək.
Qanunverici Senatın müəyyən razılaşmaya yaxınlaşdığını da qeyd edib, lakin söhbət hansı razılaşmadan getdiyini açıqlamayıb.
Nəşrin ikinci həmsöhbəti hər hansı razılaşmanın mümkünlüyünə şübhə etdiyini bildirib.
"Mən düşünmürəm ki, Nümayəndələr Palatasında respublikaçılardan kimsə Senatla razılaşmaya getmək istəyir", - mənbə bildirib.
Nizami Bağırov