Xəbər lenti

Nümayişçilər İranın  Baş Konsulluğunun binasını yandırdılar
Dünya17:20 07.09.2018

Nümayişçilər İranın Baş Konsulluğunun binasını yandırdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın İraqın Bəsrə şəhərindəki Baş Konsulluğu qarşısında etiraz aksiyası keçirilib. 
"Report”un "Sky News Arabia” telekanalına istinadən verdiyi məlumata görə, yüzlərlə nümayişçi diplomatik korpusun binasını ələ keçirərək od vurublar. 
Xəbərdə vurğulanıb ki, bu gün 20 min nəfər sosial problemlərə etiraz olaraq küçələrə axışaraq Bəsrə valiliyinin binasını da yandırıblar.
Məlumat hələlik rəsmi şəkildə təsdiq olunmayıb.