"Anam dünyasını dəyişəndən sonra onunla son görüşüm oldu. Onu dəfndən qabaq görə bildim. Görəndən sonra dünya başıma çökdü, heç gözümün qabağından getmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Nurlan Əzizbəyli deyib. Sənətçi deyir ki, insanın ən böyük çarəsizliyi əzizini itirən zaman onun heç nə edə bilməməsidir.
"Xəstəxanada olduğundan anamın vəsiyyətini eşidə bilmədik. Xəstəxanada övladlarından, əzizlərindən kənarda idi. Bizə çox çətindir, həyatdır da, Allahın yazısıdır. Nə qədər təsəlli versələr də, azdır, ürəyim sakitləşmir. Bütün günü qəbiristanlığa ziyarətinə gedirəm, tək təsəllim torpaqdır”.
Nurlan Əzizbəyli mərhum anasının arzusunu da dilə gətirib:
"Ən böyük arzusu nəvəsinin toyunu görmək idi. Kaş anam nəvə toyu görərdi. Bu onun ən böyük arzusu idi”.
Qeyd edək ki, müğənni Nurlan Əzizbəylinin anası koronavirusdan dünyasını dəyişib.
Bahar Rüstəmli