Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov Mahaçqaladakı gecə klublarından birində qvardiya zabitinin qətlindən sonra Dağıstanda belə müəssisələrin bağlanmasını təklf edib.
Qaynarinfo xəbər verir ki, bu barədə o "İnstagram" səhifəsində yazıb. Yerli bloqqerlərdən birinin bu tip klubların bağlanmasına çağırış edən videosunu paylaşan Nurməhəmmədov, özü də buna dəstək verdiyini qeyd edib:
"Tam dəstəkləyirəm. Həmvətənlərimə sualım var: bu gecə klubları cəmiyyətimizə nə fayda verir?", - deyə o bildirib.