Azərbaycanda "Nissan”, "Ford”, "Renault”, "İnfiniti” markalı avtomobillərin satışı ilə məşğul olan "Nurgün Motors" şirkəti barəsində protokol tərtib edilib.
Qaynarinfo xəbər verir ki, şirkət iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. Şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb.
Müddəanın tələblərinə əsasən, "Nurgün Motors” xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.
Protokola Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevin sədrliyi ilə baxılacaq. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir.
Qeyd edək ki, "Nurgün Motors"un sahibi iş adamı Nuru Əliyevdir.
Əhməd
Şərhlər