Dünya 17:26 27.05.2022

NYT: ABŞ, Avropa, Ukrayna arasında “Rusiyanı cəzalandırmaq”la bağlı birlik yoxdur

ABŞ, Avropa və Ukrayna arasında Rusiya-Ukrayna münaqişəsində hansı məqsədlər güddükləri və Kiyevin buna son qoymaq üçün hansı güzəştlərə getməyə hazır olduğu ilə bağlı fikir ayrılığı yaranıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” yazıb.

"NATO və Avropa İttifaqının heyrətamiz birliyi” son vaxtlar "təzyiq altındadır, - qəzet Macarıstan da daxil olmaqla bir sıra Avropa ölkələrinin Rusiya neftinin tədarükünə embarqo tətbiq etmək istəməməsinə istinad edərək qeyd edib. - Bundan başqa, avropalılar, heç olmasa, hələlik, Rusiya qazının idxalından imtina etməyə belə cəhd etmirlər”, - qəzet əlavə edib. Eyni zamanda, Fransa, Almaniya və İtaliya münaqişənin "mümkün uzadılmasından narahatdır” və Rusiyanı "əbədi təcrid oluna bilməyən qaçılmaz qonşu” hesab edərək, "öz iqtisadiyyatlarına mümkün zərər vura biləcəyindən” qorxurlar.

Vaşinqton isə "Rusiyanın dünya iqtisadiyyatından kənarda qalması”nın tərəfdarıdır. Davosda keçirilən Dünya İqtisadi Forumunda ABŞ-ın 99 yaşlı keçmiş dövlət katibi Henri Kissincer Ukraynanın danışıqlar yolu ilə həllin bir hissəsi kimi ərazi güzəştlərinə getməli ola biləcəyini irəli sürdü. Buna cavab olaraq Ukrayna prezidenti Vladimir Zelenski Kissinceri tənqid edərək bildirib ki, Soyuq Müharibə veteranının "dərin keçmişdən üzə çıxan” mövqeyi "1938-ci ilin Münhenini” və ya İkinci Dünya Müharibəsi ərəfəsindəki vəziyyəti xatırladır.

Qəzet xatırladır ki, Zelenski əvvəllər dəfələrlə bildirib ki, Kiyev qoşunların bu il fevralın 23-nə aid təmas xəttinə çəkilməsinə cəhd etmək niyyətindədir, lakin bu niyyətin "Ukraynanın imkanlarından kənara çıxmasından” qorxur.

Alpər