Xəbər lenti

NYT: Əksər amerikalılar nə Trampın, nə də Baydenin prezident olmasını istəyir
Dünya 14:22 27.06.2024

NYT: Əksər amerikalılar nə Trampın, nə də Baydenin prezident olmasını istəyir

Amerikalıların əksəriyyəti ABŞ prezidentliyinə namizədlərdən razı deyil. 

Qaynarinfo xəbər verir ki, "The New York Times”ın Siena Kolleci ilə birgə keçirdiyi sorğuya görə, onlar nə Trampı, nə də Baydeni yeni prezident kimi görmək istəyirlər.

ABŞ-da yeni prezident seçkiləri noyabrın 5-nə təyin edilib.

İyunun 20-dən 25-dək qarşıdan gələn teledebatdan əvvəl keçirilən sorğu göstərir ki, seçicilər ümumilikdə hər iki namizədi bəyənmirlər. Belə ki, respondentlərin 61%-i Demokratlar Partiyasının başqa namizədə ehtiyacı olduğunu bildirib. Seçicilərin 54%-i respublikaçıların digər namizədinə səs verib.

Aprel sorğusu namizədlərin bərabər olduğunu, lakin Trampın cüzi öndə olduğunu göstərib. Yeni sorğuda o, seçicilərin 40%-nin, Co Baydenin isə 37%-nin dəstəyinə malikdir. Müstəqil namizəd kiçik Robert Kennedi potensial seçicilərdən 7% dəstək alıb. Qeyd olunur ki, Donald Trampın mayın sonunda məhkum edilməsi respublikaçı seçicilərin fikrinə tənqidi təsir göstərməyib. Onların 90%-ə yaxını eks-prezident haqqında hələ də müsbət fikirdə olduqlarını bildiriblər.
Baydeni dəstəkləyənlər də daxil olmaqla seçicilərin təxminən 70%-i onun yaşının ən böyük problem olaraq qaldığını düşünür. Respondentlərin fikrincə, Co Bayden prezident kimi effektiv fəaliyyət göstərmək üçün çox qocadır. Eyni zamanda seçicilərin təxminən 40%-i Donald Trampı yenidən seçilmək üçün çox yaşlı hesab edir.

Teledebatın birinci mərhələsi bu gün, iyunun 27-də saat 21:00-da (Bakı vaxtı ilə 28 may, saat 05.00) baş tutacaq. Debat CNN-nin studiyasında baş tutacaq. Respondentlərin 77%-i debatı izləməyi planlaşdırdığını, 19%-i isə izləməyəcəyini bildirib.

Baydenin köməkçiləri Donald Trampın auditoriyasını çox səs-küylü hesab etdikləri üçün studiyada tamaşaçı olmayacağı gözlənilir. Debatın ikinci mərhələsi sentyabrın əvvəlində baş tuta bilər. ABC News yazıb ki, hər iki namizəd sentyabrın 10-da kanalın saytında ikinci debat keçirməyə razılaşıblar.

Nizami Bağırov
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->