Xəbər lenti

Nyu Yorkda fövqəladə vəziyyət elan edildi: şəhər sakinləri təşvişdə (VİDEO)
Dünya08:36 02.09.2021

Nyu Yorkda fövqəladə vəziyyət elan edildi: şəhər sakinləri təşvişdə (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
New York səlahiyyətliləri, güclü yağışların səbəb olduğu daşqın təhlükəsi səbəbiylə fövqəladə vəziyyət elan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Bələdiyyə Başçısı Bill de Blasio açıqlama verib.
Onun sözlərinə görə, şəhərə 50-dən 127 millimetrədək yağıntının düşməsi bütün küçələri və magistral yolları su basmasına səbəb olub:
"Nyu Yorkda fövqəladə vəziyyət elan edirəm. Yaxşı olardı ki şəhər sakinləri çölə çıxmasın. Onlardan su basmış yollardan və metrolardan uzaq durmağa xahiş edirəm”.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın cənub sahillərində "İda" qasırğası baş verib. Ona dördüncü təhlükə səviyyəsi təyin edilib. Təbii fəlakət Louisiana elektrik enerjisini demək olar ki, tamamilə kəsib, ümumilikdə 589 mindən çox əyalət sakini evlərində işıqsız qalıb.
Bildirildi ki, "İda”, "Katrina”dan sonra Luizianada ən güclü qasırğa ola bilər, hətta Missisipi çayının istiqamətini dəyişə bilər.
Xəyal
<iframe width="1080" height="1080" src="https://www.kp.ru/video/embed/849355/" frameborder="0" style="letter-spacing: 0px; word-spacing: 0.1em;">