Xəbər lenti

Nyu-York şəhəri müflis ola bilər
Dünya17:22 10.03.2019

Nyu-York şəhəri müflis ola bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İqtisadçı ekspertlər durğunluq olacağı təqdirdə ABŞ-ın Nyu-York şəhərinin 1975-ci ildən sonra ilk dəfə müflis ola biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb kimi şəhərin ağır vergi yükü, miqrasiya və həddən artıq kommunal xərclərinin olması göstərilir.
Ötən ilin oktyabr ayında şəhər rəhbərliyi təminatlı istiqrazlar, aylıq pensiyalar və dövlərı qulluqçuları üçün ayrılan təqaüdlərin miqdarının rekord səviyyəyə (257,5 milyard dollar) çatdığını və bu rəqəmin 2017-ci illə müqayisədə 4,7 milyard dollar artdığını açıqlayıblar.
Vətəndaş Büdcə Komissiyasının hesabatına əsasən Nyu-Yorkda sakinlərin borc yükü 500 dollardan 82 min 577 dollara qədər artıb.
Nyu-York bələdiyyə sədri Bill de Blasionun yeni büdcə layihəsi 89,2 milyard dollar və əlavə olaraq 3 milyard dollar təşkil edir. Ekspertlər Blasionun 2020-ci il büdcə layihəsində 750 milyon dollar qənaət edilmənin nəzərdə tutulduğunu bildirsələr də, durğunluq olacağı təqdirdə bu büdcənin şəhərin idarə edilməsi üçün kifayət etməyəcəyini qeyd ediblər.