Ukrayna kəşfiyyatı Kreml rəhbəri Vladimir Putinin genişmiqyaslı işğal əmri verdiyini fevralın 23-də öyrənib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” məlumat
yayıb.
Nəşrin məlumatına görə, məlumatı Citibank, Credit Lyonnais, ING, Rabobank-ın Ukrayna bölmələrində, eləcə də Sberbank-da işləyən bankir Denis Kireyev verib. Mart ayında o, SBU tərəfindən Rusiya agenti kimi saxlanılarkən öldürülüb, lakin Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi (GUR) Kireyevin kəşfiyyatla əməkdaşlıq etdiyini və xüsusi tapşırıq zamanı dünyasını dəyişdiyini bildirib.
GUR-un rəhbəri Kirill Budanov deyib ki, Kireyev kəşfiyyatla əməkdaşlığa 2021-ci ilin yazında, Rusiyanın Ukraynaya genişmiqyaslı işğala hazırlaşdığı barədə ilk mətbuat xəbərləri çıxan zaman başlayıb.
"Onun lazımi tanışlıq dairəsi var idi. Onun vasitəsilə pul əməliyyatları həyata keçirilirdi. O, hər kəslə, o cümlədən çox nüfuzlu insanlarla əlaqə saxlayırdı”, - Budanov bildirib.
Onun sözlərinə görə, Kireyev razılaşdı və öz mənbələri vasitəsilə məlumat alaraq başqa bir kəşfiyyatçı ilə Rusiya Federasiyasına getməyə başlayıb.
Denis Kireyev
"Hər şey haqqında məlumat aldı. Ən azı bizim ölkələr kimi ölkələrdə xüsusi xidmətlər dünyası və maliyyə dünyası, həmçinin kriminal dünya həmişə bir-birinə bağlıdır”, - Budanov bildirib.
O, fevralın 23-də Kireyevin Baş Kəşfiyyat İdarəsinə məlumat ötürdüyünü, səhər saatlarında Vladimir Putinin müharibənin başlaması barədə əmr verdiyini və məqsədlərinin birinin - daha sonra Kiyevi işğal etməsi üçün Qostomeldəki hava limanının da ələ keçirilməsi olacağını vurğulayıb.
"Kireyev olmasaydı, çox güman ki, Kiyev əldən gedərdi", - Budanov deyir.
Rusiyalıların paytaxtı tez bir zamanda ələ keçirə bilməməsindən sonra Budanov Kireyevdən Belarusdakı Rusiya-Ukrayna danışıqlarında nümayəndə heyətinə qoşulmağı xahiş edib.
Kirill Budanov iddia edir ki, iş adamı Rusiya-Ukrayna danışıqlarında görünəndən sonra onun Ukrayna xüsusi xidmət orqanları ilə əlaqəsi üzə çıxıb. "Təəssüf ki, o zaman vəziyyət kritik idi və biz risk etməli olduq", - Budanov deyir. Nəşrin məlumatına görə, martın 3-də Belarusda aparılan danışıqlardan sonra Denis Kireyev Kiyevə gəlib və öz cangünlərinə və onun qrupunda olan hərbi kəşfiyyatçılara onun həbs oluna biləcəyi barədə xəbərdarlıq edib. Martın 5-də cangüdənlərin əhatəsində o, SBU əməkdaşları tərəfindən saxlanılıb və aparılıb. Saat yarım sonra onun cəsədi Kiyevin Peçorski rayon məhkəməsinin inzibati binasının qarşısında hərbi polis tərəfindən aşkar edilib. Qətldən iki gün sonra Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsi Kireyevin onların əməkdaşı olduğunu bildirib.
Kireyev Kiyevdəki Baykovo qəbiristanlığında hərbi şərəflə dəfn edilib. Ukrayna prezidenti Volodimir Zelenski ölümündən sonra onu "dövlət suverenliyini müdafiə etdiyinə görə” medalı ilə təltif edib.
Nizami Bağırov