Xəbər lenti

Obama ailəsi ilə 5,3 milyonluq evə köçür - Fotolar
Dünya14:29 20.01.2017

Obama ailəsi ilə 5,3 milyonluq evə köçür - Fotolar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Barak Obama 8 ildən sonra ilk dəfə Ağ Evi tərk edir.

Obama postunu respublikaçı Donald Trampa təhvil verdikdən sonra ailəsi ilk öncə Palm-Sprinqdə istirahətə yollanacaq. Daha sonra Barak, Mişel və qızları Maşa ilə Saşa Vaşiqntonda Kalorama rayonunda dəyəri 5,3 milyon dollar olan malikanəyə köçəcəklər.

Qeyd olunur ki, 1928-ci ildə tikilən 761 m²-lıq evin daxilində 9 yataq otağı, qonaq otağı, mətbəx və digər otaqlar yer alıb.

Obamanın bu evi Con Lokhart adlı ev sahibindən kirayələdiyi bildirilir.(Qafqazinfo)

Qaynarinfo.Az