Xəbər lenti

Obama imama: "Mənə dua et" - FOTO
Dünya11:15 01.05.2014

Obama imama: "Mənə dua et" - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Asiya səfəri çərcivəsində Malayziyada olan ABŞ prezidenti Barak Obama ölkənin ən böyük məscidində olub. 

Anspress-in məlumatına görə, Obama məscidin imamı olan, ölkənin ən mötəbər alimi İsmail Məhəmmədlə görüşüb. Məscid gəzintisi 25 dəqiqə davam edib. 

Milli Məscid paytaxt Kuala-Lumpurda yerləşir. Məscidi ayaqyalın gəzən prezident məsciddəki kral türbəsini də ziyarət edib. 

İsmail Məhəmməd Obamadan dünyanın hər tərəfində müsalmanlara qarşı olan zülmü dayandırmasını istəyib. Obama isə bunun qarşılığında "mənə dua et" deyib. 

70 yaşlı imam Barak Obamanın ziyarəti zamanı tez-tez "İnşallah" və Malayziya dilində "təşəkkür edirəm" mənasına gələn "tirima kasih" kəlimələrindən istifadə etdiyini deyib. 

Qaynar.info