Xəbər lenti

Obama: "Dünya terrorizmə qarşı birləşməlidir"
Dünya16:25 22.03.2016

Obama: "Dünya terrorizmə qarşı birləşməlidir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ prezidenti Barak Obama Belçikanın paytaxtı Brüsseldə çox sayda insanın ölümünə və yaralanmasına səbəb olan hücuma dair açıqlama verib.

Məlumata görə, Obama Brüsseldə törədilən hücumların alçaqca olduğunu bildirib.

Obama dəhşətli hücumu bu sözlərlə qınayıb: “Bu hücumlar dünyanın terrorizmə qarşı birləşməli olduğunu bir daha göstərdi. Amerikalıların duaları Belçika xalqı ilə birlikdədir”.

ABŞ lideri hücumun araşdırılması üçün Belçika qurumlarına kömək etməyə hazır olduqlarını da qeyd edib.

Obama həmçinin Belçikanın baş naziri Şarl Mişelə zəng edərək, başsağılığı verib.  (musavat.com)

Qaynar.info